Ermənistanda hərbi hissədə mənimsəmə halları aşkar edilib

Ermənistan hüquq-mühafizə orqanları hərbi hissələrdən birində külli müqdarda mənimsəmə işi ilə bağlı araşdırmalara başlayıblar. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, N saylı hərbi hissə komandirinin müavini Viqen Petrosyan, ərzaq təminatı xidmətinin rəhbəri Eduard Aleksanyan və "Avanqard" kompaniyasının mütəxəssisi Karen Qriqoryan əlbir olaraq 3 milyon dram mənimsəyiblər. İstintaq-axtarış işləri zamanı məlum olub ki, Viqen Petrosyan, Karen Qriqoryan və Eduar Aleksanyanın cinayətkar hərəkətləri nəticəsində dövlətə 3 milyon dram zərər dəyib. Baş verən cinayət işi ilə bağlı Viqen Petrosyan həbs edilib. Karen Qriqoryan və Eduard Aleksanyan isə ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıblar.

Qeyd edək ki, Ermənistan ordusunda vəzifəli şəxslər tərəfindən maxinasiyalara baş vurulması, hərbi hissələrdə əsgərlərə verilən ərzaqın mənimsənilməsi, həmçinin hərbi texnikaya məxsus yanacağın satılması ilə bağlı son bir ildə 10-dan artıq cinayət işi qaldırılıb. Buna baxmayaraq orduda rəhbər şəxslərin öz vəzifələrindən su-istifadə etmələri və korrupsiya ilə məşğul olma halları artmaqda davam edir.

DİGƏR XƏBƏRLƏR

Top