"Azərbaycanın memorial abidələri" bölməsi yenidən qurulur

Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycanın memorial abidələri" bölməsi yenidən qurulmaq üzrədir. Belə ki, ekspozisiya ərazisi genişləndirilib, əvvəlki eksponatlarla bərabər burada iki yeni eksponat (XVII-XVIII əsrlərə aid qəbir daşları) əlavə olunub, müvafiq məlumat paneli yerləşdirilib, iriölçülü paneldə Şamaxı yaxınlığındakı "Yeddigümbəz" qəbristanlğının fotoşəkli verilib. Bölmənin yenilənməs üzrə işlərin 2017-ci ilin yanvar ayında tamamlanması nəzərdə tutulub.

Milli Azərbaycan Tarixi Muzeyindən saytımıza həmçinin məlumat verilib ki, muzeyin eksopanatlarından biri - XIX əsrin sonuna aid qadın bəzək əşyası olan gümüş kəmər bərpa olunub. Xüsusi gözəlliyi ilə seçilən kəmərin hazırlanması zamanı quraşdırma, bərkitmə, qızıllama, tikmə kimi texnikalardan istifadə edilib. Gümüş kəmərin bərpası muzeyin "Bərpa laboratoriyası"nın bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib. Hazırda bu gümüş kəmər Muzeydə "Qadın bəzək əşyaları" sərgisində nümayiş olunur və gələn qonaqlar tərəfindən maraqla qarşılanır.

DİGƏR XƏBƏRLƏR

Top