Gürcüstanda "gecə canavarı" axtarılır

Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq "Gecə canavarları" baykerlər qrupunun bir üzvü ölkə sərhədlərini keçərək Tbilisiyə daxil ola bilib. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin bayker axtarılır. Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Naziriliyi mətbuat xidməti tərəfindən yayılan məlumata görə, Rusiyanın "Gecə canavarları" baykerlər qrupunun üzvü aprelin sonlarında, onların gəlişinə qadağa qoyulmamışdan əvvəl ölkəyə daxil olub. Üstəlik onda adı çəkilən qrupun üzvü olması əlaməti olan hər hansı fərqləndirici nişan aşkar edilməyib: "Hazırda "Gecə canavarları" bayker qrupunun üzvü axtarılır. Onun ölkədə hər hansı təxribata əl atmaması üçün müvafiq tədbirlər həyata keçirilir".

Gürcüstan DİN mətbuat xidmətinin məlumatında həmçinin qeyd edilir ki, hər gün ölkəyə turist və ya tranzit məqsədi ilə onlarla adam, o cümlədən bayker daxil olur. Onların hamısının hansı məqsədlərlə ölkəyə gəldiyini ayrı-ayrılıqda sorğu-suala tutmaq mümkün deyil.

Qeyd edək ki, "Gecə canavarları" baykerlər qrupunun üzvünün Tbilisidə olmasından hüquq-mühafizə orqanları onun tərəfindən internetdə yayılan şəkillərdən xəbər tutub.

DİGƏR XƏBƏRLƏR

Top