Qızına 400 minlik toy edən məmur hardadır? - İnformasiya verilmir

Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun işdən çıxarıldığı bildirilir. Bəzi saytlarda yayılan xəbərlərə görə, hətta onun yerinə təyinatın olduğuda deyilir.

"Yeniavaz.com"un əldə etdiyi məlumata görə, yayılan xəbərin əsası yoxdur və Qüdrət Şükürov öz işinə davam edir.

Əldə etdiyimiz məlumatı dəqiqləşdirmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinə məxsus 012-594-00-23 nömrəsilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bu sula cavab verə bilməyəcəyini, yalnız təmirlə bağlı suallara cavab verə biləcəyini bildirdi. Həmin şəxs bizə 012-594-98-58 nömrəsi ilə əlaqə saxlayaraq bu suala cavab ala biləcəyimizi dedi.

Biz də həmin nömrə ilə də əlaqə saxladıq, lakin sualımıza cavab ala bilmədik. . Telefona cavab verən Xəlil adlı şəxs bu suala Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən cavab ala biləcəyimizi bildirdi.

Bakı şəhər İcra Hakimiyyətinə məxsus 012-492-56-87 nömrəli telefona dəfələrlə zəng etsəkdə cavab verən olmadı.

DİGƏR XƏBƏRLƏR

Top