
Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının 100-dən artıq əməkdaşı bu gün işə çıxmayıb. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, hərbi bazanın əməkdaşları son 3 ayda əmək haqqını ala bilmədiklərini və ona görə tətil etmək qərarına gəldiklərini söyləyiblər. Tətildə iştirak edənlərdən biri Azadlıq radiosunun Ermənistan redaksiyasına verdiyi müsahibəsində deyib: "Fevral və mart aylarında əmək haqqı almamışıq. Aprelin maaşını mayın 15-nə kimi verməlidirlər. Ancaq indidən deyirlər ki, Moskvadan pul göndərilsə də onlar hesabımıza daxil olmayıb".
Tətilçilər hərbi bazanın rəhbərliyi ilə görüşmək istəsələr də əvvəlcə onlara buna imkan verməyiblər. Hərbi bazanın Ermənistandan olan əməkdaşları ilə isə bu günə kimi əmək müqaviləsi bağlanmayıb. Etirazçıların tələbinə cavab olaraq bildirilib ki, hərbi bazanın yeni komandanı məsələni araşdırır. Bundan sonra da etirazçıları sakitləşdirməyin mümkün olmadığını görən hərbi bazanın yeni komandanı Vladimir Yelkanov onların qarşısına çıxaraq problemin araşdırıldığını söyləyib.
Tətbiqimizi yükləyə bilərsiniz