Rusiya və Türkiyə birgə silah istehsal edə bilərlər

Rusiyanın “Rosoboroneksport” silah ixracatçısı şirkəti türkiyəli tərəfdaşlarla perspektivli silah növlərinin yaradılması üzrə bir sıra layihələri müzakirə edirlər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu şirkətin Marketinq fəaliyyəti departamentinin rəhbər müavini Vladimir Qonçarov deyib. Onun sözlərinə görə, Türkiyənin Milli Müdafiə Nazirliyi hərbi təyinatlı məhsulların geniş çeşidi, o cümlədən Rusiyanın müxtəlif mənzilli hava hücumundan müdafiə sistemləri ilə maraqlanır: “Bundan başqa, biz perspektivli silah növlərinin birgə istehsalı sahəsində texniki tərəfdaşlıq üzrə layihələri müzakirə edirik. “Rosoboroneksport” 2016-cı ilin sonundan silah və hərbi texnikanın tədarükləri üzrə türkiyəli tərəfdaşlarla konsultasiyalar aparır”.

DİGƏR XƏBƏRLƏR

Top