Ağdaşda kanalda meyit görən sakinlər gözlərinə inanmadılar - Araşdırma aparılır

Ağdaş rayonunun Yuxarı Şirvan kanalının Şəkili kəndi ərazisindən keçən hissəsində tapılan qadının Ağdaş rayon sakini olduğu müəyyənləşib. Rayon Polis Şöbəsindən "Yeniavaz.com" saytına bildirilib ki, Ağdaş şəhərinin Ağalı küçəsində yaşayan, 1946-cı il təvəllüdlü Rəsulova Gülsura Hacıbala qızı günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib, iki saat sonra onun meyiti su kanalından tapılıb.

Kənd sakinləri Yuxarı Şirvan kanalında insan cəsədi görərək dərhal Ağdaş Rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları kanaldan qadının meyitini çıxararaq, müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş Rayon Şöbəsinə aparıblar. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Qadının hansı səbəbdən özünü kanala atdığı məlum deyil. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Pərviz Əliyev

DİGƏR XƏBƏRLƏR

Top