Rusiyalı baykerlərin Gürcüstana girişinə qadağa qoyuldu

Gürcüstan rusiyalı baykerləri ölkəyə buraxmaq niyyətində olmadığını nümayiş etdirib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Gürcüstan rəsmi şəkildə rusiyalı motosikletçilərin ölkəyə girişinə qadağa qoyub. Rusiyalı baykerlərin ölkəyə girişinə may ayının sonuna kimi icazə verilməyəcək. Məsələ ilə bağlı "Novosti Qrusiya"nın yazdığına görə, ötən gün Yuxarı Lars sərhəd buraxılış məntəqəsindən Gürcüstana daxil olmaq istəyən bir neçə motosikletçi ölkəyə buraxılmayıb. Oxşar hadisə ilə daha 50 nəfər qarşılaşıb. Xatırladaq ki, II Dünya müharibəsində qələbə gününü qeyd etmək üçün mayın 9-da Putinin komandası hesab edilən bir qrup "Gecə canavarları" (noçnıx volkov) baykerlər qrupu Tbilisidə özlərinəməxsus şou göstərmək niyyətində idilər. Onları bu məqsədlə Tbilisiyə Rusiya-Gürcüstan gənclər ittifaqı dəvət etmişdi. Lakin bu ölkə əhalisi arasında narazılıqla qarşılanmışdı. Bundan əlavə hökumət orqanları rusiyalı baykerlərin ölkə ərazisində bəzi təxribatlara əl atacaqlarından da ehtiyat edirdilər. Ona görə də rusiyalı baykerlər qrupunun Gürcüstana girişi məqsədəuyğun hesab edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top