Son 6 ildə Ermənistanı 35 min məktəbli tərk edib

Ermənistandakı ağır iqtisadi vəziyyət nəticəsində ailələri ilə birlikdə ölkəni tərk edən məktəblilərin də sayı sürətlə artmaqda davam edir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, 2011-ci ildən başlayaraq son 6 ildə 35 min məktəbli valideynləri ilə birlikdə ölkəni tərk edib. Bununla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, 2011-2017-ci illər ərzində ölkəni 35 min məktəblinin tərk etməsinə paralel olaraq Ermənistana 12,8 min uşaq gəlib. Ölkəni tərk edən uşaqların sayının artması ən çox Yerevanda hiss edilib. Burada ötən müddət ərzində 13 min məktəbli ölkə xaricinə üz tutub. Erməni uşaqların valideynləri ilə üz tutduqları ölkələr arasında isə Rusiya öndə gedir. Bundan əlavə hər il yaşıl kartla Amerikaya gedənlərin də sayı artır. Təkcə 3 il əvvəl bu əsasda da 2min uşaq həmişəlik yaşamaq üçün valideynləri ilə birgə Amerikaya köçüb.

DİGƏR XƏBƏRLƏR

Top