Türkiyənin dövlət idarəçiliyində yenilik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra qurucusu olduğu Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv oldu. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan AKP-nin Baş Mərkəzinə gələrək üzvlük bəyannaməsini imzalayıb. 24 avqust 2014-cü il tarixində Türkiyə Prezidenti seçilməsindən sonra R. T. Ərdoğan ölkə konstitusiyasına əsasən, partiya üzvlüyündən ayrılmışdı. Lakin 16 aprel referendumunun ardından onun AKP-yə üzv olmaq imkanı yarandı. Belə ki, referendumda qəbul edilmiş konstitusiya dəyişikliklərinə əsasən, ölkə Prezidenti bundan sonra hər hansı partiya üzvü ola bilər. Bu da Türkiyə Cümhuriyyəti tarixində dövlət idarəçiliyində yenilikdir. Bunadək Türkiyənin bütün prezidentləri dövlət başçısı vəzifəsini yerinə yetirərkən hər hansı partiyaya üzv olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top