Somalili ac uşaqların sayı 50 faiz artacaq

Somalidə aclıq çəkən uşaqların sayı 2017-ci ilədək təqribən 50 faiz artaraq 1,4 milyon nəfərə çatacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Uşaq Fondundan (UNICEF) deyiblər. UNICEF-in hesablamalarına görə, təxminən 275 min uşaq ağır kəskin qida çatışmazlığından əziyyət çəkəcək. Kifayət qədər qidalanmayan uşaqların müxtəlif xəstəliklərə məruz qalma riski 9 dəfə çoxdur. UNICEF-in məlumatına əsasən, quraqlıq nəticəsində aztəminatlı ailələrdən olan 40 minə yaxın uşaq dərsə getməyi dayandırıb, onlar su və qida tapmaqla məşğul olurlar.

DİGƏR XƏBƏRLƏR

Top