ABŞ kosmosa casus peyki buraxdı

Mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Hotorn şəhərində yerləşən “SpaceX” şirkəti kosmosa buraxdığı “NROL-76” adlı peyki uğurla orbitə yerləşdirib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə kosmik vasitələr və raket istehsalı üzrə ixtisaslaşan“SpaceX” şirkətinin qurucusu Elon Musk sosial media vasitəsilə məlumat verib. “SpaceX” ilk dəfə olaraq ABŞ ordusu üçün casus peyki buraxıb. Şirkət milli təhlükəsizlik səbəbi ilə peyk barədə hər hansı ətraflı məlumat yaymayıb.

Qeyd edək ki, “SpaceX” şirkəti ABŞ ordusu ilə əməkdaşlıq etmək üçün 2015-ci ildə saziş imzalayb. ABŞ Hərbi Hava Qüvvələri şirkətin hərbi və kəşfiyyat peykləri buraxmasına icazə verib. ABŞ ordusuna aid hərbi və kəşfiyyat peyklərini 2006-cı ildən bəri “Lockheed Martin” və “Boeing” şirkətləri birlikdə buraxırdı. “SpaceX” şirkəti 2002-ci ildə E. Musk tərəfindən qurulub.

DİGƏR XƏBƏRLƏR

Top