"İndi də "halal hotel" reklam edirlər. Hotel kolbasadır ki?" - Siyavuş Novruzov

Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib. O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: "Bu gün dünyada nələr baş verdiyini hamımız görürük".

S. Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: "Ancaq orada nə niyyətlə, necə qalırlar, heç kim bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir".

S.Novruzov, həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: "İndi də "halal hotel" reklam edirlər. Reklam edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?"

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: "Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq".trend

DİGƏR XƏBƏRLƏR

Top