Rusiyalı hərbçi Ermənistandan Rusiyaya ekstradisiya edilə bilər

Yaxın vaxtlarda Ermənistanda cəzasını çəkən Rusiya hərbçisi Valeri Permyakovun bundan sonra cəzasını harada çəkməsi məsələsinə aydınlıq gətiriləcək. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Permyakovun vəkili Eduard Ağacanyan mətbuata açıqlamasında rusiyalı hərbçinin öz vətəninə ekstradisiyası ilə bağlı məsələnin hazırda nəzərdən keçirildiyini söyləyib: Nəzəri baxımdan Permyakovun cəzasının qalan hissəsini Rusiyada çəkməsi mümkündür. Bununla bağlı hər hansı qərarın qəbul edilə biləcəyini istisna etmirəm".

Permyakovun Rusiyada 18 adamın ölümünə səbəb olan Qraçya Arutyunyanla dəyişdirilməsinə gəlincə, Ağacanyan onda bu barədə məlumatın olmadığını söyləyib. Bununla belə erməni vəkil Permyakovun cəzasını Rusiyada çəkməsi üçün imkanların olduğunu və bunun reallaşa biləcəyini xüsusi qeyd edib.

Xatırladaq ki, Valeri Permyakov Gümridə Avetisyanlar ailəsinin 7 üzvünü öldürmüşdü. Buna görə məhkəmə rusiyalı hərbçini ömürlük həbs cəzasına məhkum edib.

DİGƏR XƏBƏRLƏR

Top