Gürcüstanda 15 min 600 uşaq təhlükəli işə cəlb edilib

Gürcüstanda azyaşlı uşaqların onların həyatı üçün təhlükəli işlərə cəlb edilməsi halları artmaqda davam edir. "Yeniavaz.com"un nevsgeorgia. ge-yə istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında hüquq müdafiəçisi Yekaterina Sxiladze deyib. Onun sözlərinə görə, ölkədə kasıbların sayının durmadan artması uşaqların ağır işlərə cəlb edilməsinə yol açıb: "Kasıbların sayının artması uşaqları əksər hallarda məktəbi ataraq ağır işlərlə ailələrinə kömək etməyə məcbur edir. Hazırda Gürcüstanda 5-17 yaş arası 571 min uşaq var. Onlardan 24,4 min nəfəri müxtəlif səviyyəli işlərə cəlb edilib. Onların arasında 15600 nəfər uşaq həyatları üçün təhlükəli olan işlərə cəlb ediliblər".

Sxiladze həmçinin hökumətin bu işi özbaşına buraxdığını və onların vəziyyətlərinin yaxşılaşdırılması üçün hər hansı tədbirlərə əl atmadığını bildirib: " Əgər hökumət sosial problemlər üzündən erkən yaşda təhlükəli işlərdə işləməyə məcbur olan uşaqların vəziyyətlərinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirməsə, onda onlar bununla da ölkənin gələcəyini məhv etmiş olacaqlar".

DİGƏR XƏBƏRLƏR

Top