"WhatsApp"da 3 söhbət YENİLİYİ

Milyarda yaxın istifadəçisi olan, bir-birinin ardınca yeniliklərə imza atan "WhatsApp" istifadəçiləri üçün daha bir sürpriz hazırlayıb. Ən çox danışdığınız 3 adam - söhbətiniz yuxarıda sabitlənəcək.

Söhbət sabitləmə və ya söhbəti pinləmə adlandırılan özəllik əslində ötən ildən hazırdır. Lakin yenilik "WhatsApp" beta istifadəçiləri tərəfindən test edilib.

Yenilik sayəsində ən çox istifadə edilən 3 söhbət danışıqlar siyahısının yuxarısında qalacaq. Yeni mesajlar gəlsə belə, bu, üçlükdən sonraya düşəcək.

Hər hansı bir söhbəti sabitləmək üçün isə onun üzərini sıxmaq və üst hissəsində peyda olan iynə düyməsini basmaq kifayətdir.

Yaxın zamanda bu özəlliyin bütün "Android" və iOS cihazlarında istifadəyə veriləcəyi gözlənilir.istipress

DİGƏR XƏBƏRLƏR

Top