Ceyhan limanından 328 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb

Bu ilin aprel ayı ərzində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Yeniavaz.com" Dövlət Neft Şirkətindən (SOCAR) açıqlanan məlumatlara istinadən bildirir ki, bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 8 milyon 39 min 435 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

BTC-yə 330 milyon ton neft vurulub

SOCAR-dan verilən məlumatda həmçinin qeyd olunur ki, aprel ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.

2017-ci ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.

DİGƏR XƏBƏRLƏR

Top