Türkiyə Suriya ilə sərhəddə səngər qazır

Türkiyə Suriya ilə sərhəddə yerləşən Şanlırfa vilayətinin Akçakale rayonu ərazisində hərbi zirehli maşınlar üçün mövqelər qurur. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu məqsədlə ərazidə iş texnikaları vasitəsilə mövqelər qazılır. Suriyanın şimalındakı PKK/PYD/YPG terror təşkilatının nəzarətində olan Tel Abyad rayonunun qarşısında yerləşən Tatlıca, Hürriyet və Öncül məhəllələrində qazma işlərinə start verilib. Digər tərəfdən Suriya ilə sərhəd boyunca modul divarların çəkildiyi bölgələrdə beton qüllərlərin inşaatı davam edir.

Xatırladaq ki, aprelin 27-də Suriyanın şimalında PKK/PYD/YPG terror təşkilatı ünsürlərinin yerləşdiyi bölgədən Akçakaladakı sərhəd müşahidə məntəqsinə raket atılmışdı. Sərhəddə dislokasiya edilmiş Türkiyə Silahlı Qüvvələri qarşı atəşlə hücuma cavab vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top