Bakıda törədilən qətlin təfərrüatları açıqlanıb - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu paytaxtın mərkəzində törədilən qətllə bağlı birgə məlumat yayıb.

Prokurorluqdan verilən məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Aprelin 30-da Səbail rayonu ərazisində üzərində zorakılıq əlamətləri olan qadın meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Tibbi müayinə zamanı meyitin bədənində çoxsaylı xəsarətlər aşkarlanıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmalarla mərhumənin paytaxtın Nizami rayon sakini, 1971-ci il təvəllüdlü Santrandinova Yelena Viktorovna olduğu müəyyənləşib.

İstintaq zamanı aprelin 29-da Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Samir Zenyukovun tanışları Alla İbrahimovanı, 1985-ci il təvəllüdlü Dmitriy Razumniyi və Yelena Santrandinovanı yaşadığı Səbail rayonundakı mənzilinə dəvət edib onlarla birlikdə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində D.Razumniyi ilə bir qrup şəxs halında Y.Santrandinovanın baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Zenyukov və D.Razumniy şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.apa

DİGƏR XƏBƏRLƏR

Top