Liftlər niyə qırılır? - "Kanat qırılan kimi avtomatik tormozlanma olmalıdır"

Bakıda toy günü faciəvi hadisənin baş verməsi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəyin öldüyü bildirilsə də, sonradan bu xəbər təkzib olundu. Məlum olub ki, bəy FHN əməkdaşları tərəfindən xilas edilib.

Bakıda liftlərin qırılıb şaxtaya düşməsi və faciənin yaşanması barədə xəbərlərə mətbuatda tez-tez rast gəlirik.

"Yeniavaz.com" saytı xəbər verir ki, tanınmış ekspert Sahib Məmmədov bü cür hadisələrin baş verməsinə belə münasibət bildirib: "Lift kəşf olunanda ilk dəfə onu kəşf edən adam ailəsi ilə durub liftin şaxtasında. Kanatı kəsiblər. Lift bir neçə metr enib və tormozlanıb. Öz kəşfinə o qədər əmin olub ki, ailəsini və özünü ölüm riskinə qoyub.

Bizdə liftin qırılıb lift şaxtasına düşməsinin bir səbəbi var - məsuliyyətsizlik. Liftlərdə paraşüt sistemi var. Kanat qırılan kimi avtomatik tormozlanma olmalıdır. Dişli "reyka" qoymurlar - nə var ki, bir az artıq xərc çıxacaq. Nəzarət orqanı isə gəlib haqqın alıb gedir".

DİGƏR XƏBƏRLƏR

Top