ATƏT nümayəndələri Gürcüstanda media mühütü ilə bağlı hesabat hazırlayacaqlar

ATƏT-in Litvadan olan eksperti Daynyus Radzyaviçyus və mətbuat azadlığı üzrə məsləhətçisi Aydar Botaqurov Gürcüstanda səfərdədirlər. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, səfərdən məqsəd Gürcüstanda mətbuat mühitini öyrənmək və bununla bağlı müvafiq hesabat hazırlamaqdır. Bu müstəvidə də ATƏT rəsmiləri Gürcüstan parlamentinin birinci müavini Tamar Çuqoşvili, deputatlarla, həmçinin parlament müxalifətinin üzvləri ilə bir araya gələcəklər. Bundan əlavə ATƏT nümayəndələrinin xarici işlər nazirliyi, həmçinin medai rəsmiləri və rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Gürcüstanda medianın vəziyyəti, problemləri, qarşılarında duran vəzifələr və digər məsələlər müzakirə ediləcək. Qeyd edək ki, bir neçə gün öncə Freedom House tərəfindən mətbuat azadlığı ilə bağlı hazırlanan illik hesabatda Gürcüstan postsovet məkanının ən azad mətbuat ölkələrindən biri hesab edilib.

DİGƏR XƏBƏRLƏR

Top