“Apple” şirkəti “iPhone” smartfonları sahiblərinin bir-birinə birbaşa vəsait göndərmələri üçün pul köçürmə sisteminin yaradılması üzərində çalışır. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, yeni xidmət bu ilin payızında “iPhone 8” smartfonun satışa çıxarılması ilə birlikdə tətbiq ediləcək. Bu məqsədlə “Apple” şirkəti öz kredit kartlarını buraxmaq üçün “Visa” kredit kart firması ilə danışıqlar aparır. “Aplle”ın kartları vasitəsilə pul köçürmək və sürətli alış-veriş etmək mümkün olacaq.