Hindistan-Pakistan sərhədində gərginlik: 2 ölü

Kəşmirdə nəzarət xəttində Pakistanın nəzarətində olan ərazidən açılan atəş nəticəsində Hindistan ordusunun hərbçisi və sərhədçisi həlak olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident Topa yaşayış məntəqəsinin Punç dairəsində baş verib. Sərhədin bu sahəsində atışma hələ də davam edir. Qeyd edək ki, Cammu və Kəşmir ərazilərinin mənsubiyyəti məsələsi uzun illərdir Pakistan və Hindistan arasında mübahisə obyektinə çevrilib. Bununla belə, Kəşmirdə Hindistan və Pakistan arasında rəsmi sərhəd yoxdur, iki dövlətin ordusunu nəzarət xətti ayırır.

DİGƏR XƏBƏRLƏR

Top