Bir il ərzində Gürcüstanı 100 min nəfər tərk edib

Gürcüstanın əhalisi 2017-ci il yanvar ayının 1-nə 3 milyon 718,2 min nəfər təşkil edib. "Yeniavaz.com"un "vestikavakaza.ru"-ya istinadən verdiyi məlumata görə, bu 2016-cı illə müqayisədə 0,1 faiz az deməkdir. Bununla bağlı Gürcüstan Milli Statistika Xidmətinin yaydığı məlumatda deyilir: "2016- ci illə müqayisədə əhalinin sayının azalması ölkədə baş verən miqrasiya ilə bağlıdır. Belə ki, ötən müddət ərzində Gürcüstanı 98, 3 min nəfər tərk edib. Bu isə, əvvəlki illə müqayisədə 2,4 faiz çox deməkdir. Buna paralel olaraq immiqrantların sayında da azalma müşahidə edilir. Belə ki, ötən müddət ərzində immiqrantların sayı 2,5 faiz azalaraq 90,2 min nəfər olub".

Gürcüstandan əhalinin miqrasiyasına əsas səbəb işsizlikdir. Belə ki, Gürüstanda yaşayan əhalinin çox hissəsi Rusiyaya, Yunanıstana, Türkiyəyə, Almaniyaya, ABŞ-a, İspaniyaya, Fransaya, Ukryana və Azərbaycana üz tuturlar. Bu baxımdan Avropa ölkələri ilə vizasız gediş-gəlişin tətbiq edilməsinin Gürcüstandan Avropaya daha böyük həcmdə köçə səbəb olacağı ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top