Səfir: "Bu il 1000-dən çox azərbaycanlı təqaüd üçün müraciət edib"

"Bu il 1000-dən çox azərbaycanlı Macarıstanda təhsil almaq məqsədilə təqaüd üçün müraciət edib".

Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir 2015-ci ildə təqaüd almaq üçün cəmi 58 nəfərin müraciət etməsinə baxmayaraq, bu proqramın icrasının uğurla həyata keçirildiyini bildirib: "2016-cı ildə müraciət edənlərin sayı 600-ə çatmışdı. Bu il isə ərizə sayı 1050-dən bir az çoxdur".

Xatırladaq ki, "Stipendium Hungaricum" proqramı 200 Azərbaycan vətəndaşının Macarıstanda adıçəkilən ölkənin hökumətinin hesabına təhsil almasını nəzərdə tutur. Bu saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı imzalanıb və 2015-ci ildən tətbiq olunmağa başlanıb. Report

DİGƏR XƏBƏRLƏR

Top