Mosulun tam azad ediləcəyi tarix açıqlandı

İraq ordusu, peşmərgə qüvvələri və ABŞ-ın başçılıq etdiyi koalisiyanın birgə həyata keçirdiyi Mosul əməliyyatında son mərhələyə qədəm qoyulub. “Yeniavaz.com”un “Habertürk” telekanalına istinadən verdiyi məlumata görə, bunu İraq Silahlı Qüvvələri Baş Qərargah rəisi Othman əl-Qhanmi deyib. Onun sözlərinə görə, İraqın Mosul şəhəri ən geci 3 həftə ərzində İŞİD terror qruplaşmasının silahlılarından təmizlənəcək. O. əl-Qhanmi qeyd edib ki, 2016-cı ilin oktyabrnda başlayan Mosul əməliyyatının mayda başa çatması gözlənilir.

Xatırladaq ki, İŞİD silahlıları Mosul şəhərini 2014-cü ildə ələ keçiriblər. Şəhərin azad edilməsi məqsədilə 2016-cı il oktyabrın 17-da əməliyyata başlanılıb. İlkin mərhələdə şəhərin şərqi İŞİD-çilərdən təmizlənib. Əməliyyat başlamazdan əvvəl Mosulda 6 min İŞİD silahlılısının olduğu təxmin edilirdi. 6 aydır davam edən əməliyyatda ümumilikdə 100 min təhlükəsizlik xidməti əməkdaşı iştirak edir. Hazırda Mosulun qərbində 200-300 İŞİD silahlısının qaldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top