ABŞ qoşunları Türkiyə- Suriya sərhədində keşik çəkməyə başlayıb

ABŞ qoşunlarının bölmələri Türkiyə və Suriya arasında sərhəddə keşik çəkməyə başlayıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Con Dorrian deyib. Onun sözlərinə görə, məqsəd türk hərbçiləri və YPG silahlıları arasında toqquşmanın qarşısını almaqdır: “ABŞ qüvvələri bu zonada sabitliyi dəstəkləmək və İŞİD terror qruplaşmasının dağıdılmasına yönəldilmiş səylərə mane olacaq insidentlərin qarşısını almaq məqsədilə Suriyanın şimalında keşik çəkməyə başlayıb. İŞİD Suriya və İraqda ən böyül təhlükə olaraq qalır, qruplaşma region və dünyada təhlükə törədir”.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın Sincar və Suriyanın Karaçok dağlarında PKK terror təşkilatının obyektlərinə zərbələr endirib. Zərbələr nəticəsində PKK-nın 89 silahlısı zərərsizləşdirilib. Hazırda Suriyada təqribən 500 amerikalı hərbçi dislokasiya edilib, onlar əsasən xüsusi təyinatlılardır. İraqda isə təqribən 5 min amerikalı əsgər və zabit var, onlardan təxminən 450-si məsləhətçidir.

DİGƏR XƏBƏRLƏR

Top