Rusiyada kütləvi aksiyalarda Putini pensiyaya çıxmağa çağırdılar

Rusiyanın müxtəlif bölgələrində “Otkrıtaya Rossiya” (“Açıq Rusiya”) ictimai təşkilatının təşkilatçılığı ilə “Nadoyel” (“Bezdirdi”) aksiyaları keçirilib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, icazəsiz etiraz aksiyalarının keçirildiyi onlarla şəhər arasında Moskva, Sankt-Peterburq, Kalininqrad, Kazan, Tula, Tomsk və Kemerova da var. Moskvadakı icazəsiz aksiyada 250 nəfər iştirak edib. Altayda bu qərəm 100, Başqırdıstanda 300, Novosibirsk vilayətində 300, Kemerovo vilayətində 100, Tomskda isə 500 nəfər olub. Yalnız 11 şəhərdə yerli hakimiyyətlə razılaşdırılmış aksiya təşkil edilib. Aksiyalarda ümumilikdə onlarla etirazçı saxlanılıb. Aksiya iştirakçıları “Platon” sisteminə və beşmərtəbələrin kütləvi sökülməsinə qarşı etiraz ediblər. Etirazçılar “Putin! Çıxış var – pensiyaya” şüarları səsləndiriblər.

DİGƏR XƏBƏRLƏR

Top