Almaniya XİN: Trampın ailəsi özünü Kral ailəsi kimi aparır

İvanka Trampın Ağ evdə məsləhətçi vəzifəsinə təyin edilməsi qohumbazlıqdır. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və onun qohumları özlərini Kral ailəsinin üzvləri kimi aparırlar: “Elə şeylər var ki, görəndə təəccüblənirəm, məsələn, onun qızının Almaniyaya səfərinin az qala dünya səviyyəli hadisə kimi təqdim edilməsi”. Z. Qabriel əlavə edib: “Heç vaxt seçilməyən ailə üzvlərinin qəflətən rəsmi dövlət nümayəndəsi qismində ortaya çıxması və onların az qala Kral ailəsinin üzvləri kimi qəbul edilməsi həmişə məni narahat edir”.

DİGƏR XƏBƏRLƏR

Top