At yarışında qalib gələn Türkmənistan Prezidentinə “Toyota” verildi

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov hər il aprelin son bazar günü qeyd edilən Türkmən atı gününün şərəfinə keçirilən bayram yarışında qalib gəlib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 1,2 kilometr məsafəyə cıdır yarışı Aşqabad ətrafındakı Prezident Axaltəki at kompleksində baş tutub. Yarışa Q. Berdıməhəmmədovdan başqa daha 6 təcrübəli çapar qatılıb. Prezident Miras adlı atı ilə məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək yarışın qalibi adını qazanıb. Ona yarışın mükafatı olan “Toyota Land Cruiser Prado” yolsuzluq avtomobili hədiyyə edilib. Prezident də öz növbəsində avtomobilin açarlarını Baş nazirin kənd təsərrüfatı məsələləri üzrə müavini Esenmırad Orazgeldiyevə təqdim edərək bildirib: “Mən, rəsmi olaraq bu mükafatı atçıların ehtiyacları üçün verirəm”.

DİGƏR XƏBƏRLƏR

Top