Əməkdar artist: "Sənət yoldaşlarımın məndən xəbəri yoxdur"

Əməkdar artist Əjdər Həmidovun xəstəxanalıq olması haqqında xəbər vermişdik. "Yeniavaz.com" xəbər verir ki, məşhur aktyor Milli.Az-a səhhəti haqda danışıb:

"Mən bir neçə illərdir ki, nevroz xəstəliyindən əziyyət çəkirəm. Bundan da əlavə təzyiqim yüksəkdi. Şayə yayılmışdı ki, guya insult keçirmişəm, amma bu, yalan xəbərdir. Hələ bir neçə gün xəstəxanada qalacam, ola bilsin ki, gələn həftə evə buraxdılar. Sənət yoldaşlarımın bir çoxunun xəbəri yoxdur, ona görə də hələ yanıma gəlməyiblər. Amma zəng edib gələcəklərini söyləyənlər də olub".

DİGƏR XƏBƏRLƏR

Top