ATƏT-in tənqid edilməsi talenin ironiyasıdır

Qarabağ münaqişəsinin həllinə məsul yeganə qurum olan ATƏT-in fəaliyyətini tənqid edirlər. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu Karnegi fondunun analitiki Tomas de Vaal münaqişənin həllinə həsr edilən məqaləsində yazıb: "Talenin oyununa bax ki, ATƏT-i tənqid edirlər. Halbuki bu quruma indi başqa vaxtla müqayisədə daha çox ehtiyac var. Yalnız bu qurum 2014-cü ildə Ukraynadakı qarşıdurmada tərəflərin rəğbətini qazana bilmişdi. ATƏT yeganə təşkilatdır ki, Qarabağ münaqişəsi zonasında monitorinq aparır. İndiki böhrana səbəb bəzi sovet ölkələrində əmələ gələn vəziyyətdir. Onlar baş verənlərə görə günahı ATƏT-in üzərinə atmağa çalışırlar".

Tomas de Vaal yazır ki, Ərdoğan aprelin 16-da Türkiyədə keçirilən referenduma görə onu tənqid edən ATƏT-ə hirsini tökdü. ATƏT-də bütün qərarları konsesusnan qəbul edilir. Belə ki, istənilən ölkə onun qərarının üzərinə veto qoya bilər. Tomas de Vaaal qeyd edib ki, ATƏT-in Yerevandakı ofisi vakuumda işləyir, çünki Azərbaycan onun normal fəaliyyət göstərməsinin üzərinə veto qoyub: "Azərbaycan ATƏT-in Dağlıq Qarabağda ərazilərin minadan təmizlənməsində iştirak etməsində və səlahiyyətlərini aşmasında günahlandırır. Azərbaycan ATƏT-in Bakıdakı ofisini 2015-ci ildə bağlayıb. ABŞ və digər ölkələr ümid edirlər ki, Bakı öz qərarını dəyişəcək".

DİGƏR XƏBƏRLƏR

Top