Lavrov: Moskva Suriya üzrə Vaşinqtonla əməkdaşlığa tam hazırdır

Moskva Suriya üzrə Vaşinqtonla əməkdaşlığa tam hazırdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iordaniyalı həmkarı Ayman əs-Safadi ilə görüşdə deyib. Onun sözlərinə görə, Moskva Amerika tərəfindən də analoji yanaşma gözləyir. S. Lavrov bildirib: “Biz əlahəzrət Kral II Abdullahın Suriya nizamlanması üzrə dünya ictimaiyyətinin səmərəli fəaliyyəti üçün Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyətinin prinspial önəm kəsb etdiyinə dair açıqlamalarını dəfələrlə eşitmişik. Sizi əmin edə bilərəm ki, biz buna tam hazırıq. Vaşinqtonun da bu cür yanaşacağına ümid edirik”. Nazir əlavə edib ki, terror təhlükəsini aradan qaldırmaq üçün Suriyada terrorla mübarizə aparan hər kəsin səylərini birəşdirmək lazımdır: “Mən Rusiya Hərbi Kosmik Qüvvələrini və amerikalıların başçılıq etdiyi koalisiyanı nəzərdə tuturam”.

DİGƏR XƏBƏRLƏR

Top