Monteneqro parlamenti NATO-ya “hə” dedi

Monteneqro parlamenti Tsetine şəhərində keçirlən təntənəli iclasda ölkənin NATO-ya üzv olması haqqında qanunu ratifikasiya edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 81 deputatın 46-sı qərarın lehinə səs verib. Hakim Sosialistlərin Demokratik Partiyası və digər kiçik partiyaların üzvləri sənədi dəstəkləyiblər. Səsvermə NATO-nun əleyhinə olan və əsas müxalif qüvvə sayılan Demokratik Cəbhənin iştirakı olmadan keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top