
Türkiyədən Rusiyaya bəzi tərəvəz məhsullarının gətirilməsinə qoyulmuş qadağa türk istehsalçıları məhsulların keyfiyyətinə zəmanət vermədiyi müddətədək davam edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Federal Baytarlıq və Fitosanitar Xidmətinin rəhbəri Sergey Dankvert deyib. Onun sözlərinə görə, Rusiya bu baxımdan türkiyəli həmkarları ilə plan rejimində işləyir: “Biz öz tərəfimizdən yalnız bir şeydən asılıyıq – türkiyəli həmkarlarımız məhsulun təhlükəsizliyinə təminat verə bilmirlər”.
Tətbiqimizi yükləyə bilərsiniz