Türkiyədən AŞ PA-ya qarşı növbəti addım: ödənişi azaldacaq

Türkiyə Avropa Şurasının (AŞ) büdcəsinə ödəniş haqqını minimum səviyyəyədək azaldacaq. “Yeniavaz.com”un TGRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Ankaranın bu addımı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin monitorinq prosedurunu bərpa etmək haqqında qərarına cavabdır. M. Çavuşoğlu bildirib: “Biz AŞ-nin büdcəsinə töhfəmizi azaldacağıq. Minimum ödəniş edəcəyik. Oraya nümayəndə heyətinin göndərilməsi və ya göndərilməməsi məsələsi dəyərləndirilir. Ata biəcəyimiz başqa addımlar da var. Qoy, onlar bilsinlər ki, peşman olacaqlar. Bu, siyasi qərardır”.

DİGƏR XƏBƏRLƏR

Top