Yunanıstan qeyri-qanuni gürcü müqrantlara yaşamaq hüququ verir

Bu ilin mart ayının 28-də Yunanıstanda miqrasiya ilə bağlı qəbul edilən qərara əsasən bu ölkədə yaşayan qeyri-qanuni Gürcüstan vətəndaşları leqal şəkildə yaşamaq hüququ əldə edəcəklər. "Yeniavaz.com" xəbər verir ki, yeni qanuna əsasən Yunanıstanda qeyri-qanuni yaşayan və 7 il ərzində Gürcüstana pul göndərən gürcü miqrantlara bununla bağlı bank arayışı təqdim etdikləri təqdirdə, onlara açıq şəkildə fəaliyyət göstərmək, adı çəkilən ölkədə yaşamaq və işləmək hüququ veriləcək. Gürcüstanın Yunanıstandakı səfiri İosif Nanobşvili belə bir qanunun qüvvəyə minməsinin qeyri-qanuni gürcü miqrantların qarşısında geniş perspektivlər açdığını söyləyib: "Bu gün Yunanıstanda qeyri-qanuni yollarla nə qədər gürcü miqrantın yaşadığını söyləmək çətindir. Bununla belə təxminən 150-220 min nəfər gürcü miqrant qeyri-qanuni yollarla Yunanıstanda yaşayır və işləyir. Onların da böyük əksəriyyətini qadınlar təşkil edir".

DİGƏR XƏBƏRLƏR

Top