Un və çörəyin istehsalı və satışı ƏDV-dən azad oluna bilər

Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır. Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Nazir bildirib ki, bu dəyişiklikdən sonra ölkədə quş əti, un və çörəyin istehsalının ƏDV-dən azad olunması ölkədə bu ərzaqların istehsalını daha da stimullaşdıracaq.

DİGƏR XƏBƏRLƏR

Top