Ermənistan və İran müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər

Moskvadakı beynəlxalq təhlükəsizlik kofransında iştirak edən İran və Ermənistan müdafiə nazirləri Hüseyin Dexqan və Viqen Sarkisyan arasında görüş keçirilib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə hədəfi olub. Dexqan hərbi, hərbi-texniki sahədə İranın Ermənistanla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu xüsusi qeyd edib: "Beynəlxalq aləmdə və regionda baş verən bir çox hadisələrə münasibətdə İranla Ermənistanın mövqeləri üst-üstə düşür. Biz Ermənistanla hərbi sahədə əməkdaşlığı arzu edilən səviyyədə inkişaf etdirməkdə maraqlıyıq. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz töhfəmizi verməyə və problemin dinc vasitələrlə həllinə yardım etməyə hazırıq. Bu münaqişənin hərbi yolla həlli yoxdur".

Viqen Sarkisyan isə öz növbəsində İranla hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsinin ölkəsinin maraqlarına uyğun olduğunu bildirib. O Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyi dəstəyinə görə İran rəhbərliyinə təşəkkür etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top