Terror aktı planlaşdırmaq şübhəsi üzrə alman əsgər saxlanılıb

Frankfurt-na-Maynda terrorçuluq şübhəsi üzrə Almaniya ordusunun əsgəri saxlanılıb. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, saxlanılan hərbçi özünü suriyalı qaçqın kimi göstərib və ksenofobiya düşüncələri ilə hərəkət edib. İstintaq 28 yaşlı hərbçini dövlət əleyhinə ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilir. İlkin istintaq Vyana aeroportunun ayaqyolunda 7,65 mm kalibrli silah aşkarlandıqdan sonra yanvarda başlayıb. Əsgər silahı kanalizasiya lyukunda gizlədib. Fevralın 3-də isə onu götürmək üçün qayıdarkən Avstriya hökuməti tərəfindən saxlanılıb və hərbçiyə qarşı cinayt işi açılıb. Saxlanılan hərbçi baş leytinant rütbəsindədir. Şübhəli 2015-ci ilin dekabrında Gissendə özünü suriyalı qaçqın kimi təqdim edib və bu əsasda saxta sənədlərlə qaçqınlar üçün yataqxanada yerləşib. 2016-cı ilin yanvarında Bavariyada sığınacaq, mənzil və pul müavinəti alıb. Bu iş üzrə hərbçinin əlbir olduğu 24 yaşlı tələbə də saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top