Azərbaycanda 15-17 yaşında nikaha girən oğlan və qızlar - Rəsmi

Erkən nikah problemi Azərbaycanda uzun illərdir müzakirə olunur, lakin həlli tapılmır. "Yeniavaz.com" saytı ölkəmizdə son illər nikaha girən bəy və gəlinlər barədə maraqlı məlumatlar əldə edib. Rəsmi statistika göstərir ki, Azərbaycanda 15-17 yaşında nikaha girən bəylərin sayı elə də çox deyil, lakin gəlinlərin sayı bundan 5-10 dəfə çoxdur. Əvvəlcə bəylərin sayına diqqət yetirək:

- 2006-cı ildə - 50 nəfər.

- 2007-ci ildə - 36 nəfər.

- 2008-ci ildə - 35 nəfər.

- 2009-cu ildə - 20 nəfər.

- 2010-cu ildə - 7 nəfər.

- 2011-ci ildə - 11 nəfər.

- 2012-ci ildə - 5 nəfər.

- 2013-cü ildə - 2 nəfər.

- 2014-cü ildə - 2 nəfər.

- 2015-ci ildə - 3 nəfər.

İndi isə Azərbaycanda 15-17 yaşında nikaha girən gəlinlərin sayına diqqət yetirək:

- 2006-cı ildə - 4607 nəfər.

- 2007-ci ildə - 5023 nəfər.

- 2008-ci ildə - 5544 nəfər.

- 2009-cu ildə - 5380 nəfər.

- 2010-cu ildə - 4742 nəfər.

- 2011-ci ildə - 5138 nəfər.

- 2012-ci ildə - 295 nəfər.

- 2013-cü ildə - 229 nəfər.

- 2014-cü ildə - 479 nəfər.

- 2015-ci ildə - 388 nəfər.

Onu da əlavə edək ki, hər il Azərbaycanda 15-19 yaşlı gənc qadınlar tərəfindən 20 minə yaxın uşaq doğulur. "Yeniavaz.com" saytının Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalar bu qənaətə gəlməyə əsas verir. Son illər ərzində ölkəmizdə 15-19 yaşlı qadınlar tərəfindən diri doğulan uşaqların statistikasına diqqət yetirək:

- 2000-ci ildə - 11 min 407 uşaq.

- 2005-ci ildə - 15 min 266 uşaq.

- 2006-cı ildə - 16 min 926 uşaq.

- 2007-ci ildə - 17 min 802 uşaq.

- 2008-ci ildə - 18 min 826 uşaq.

- 2009-cu ildə - 18 min 701 uşaq.

- 2010-cu ildə - 21 min 35 uşaq.

- 2011-ci ildə - 22 min 432 uşaq.

- 2012-ci ildə - 20 min 337 uşaq.

- 2013-cü ildə - 19 min 94 uşaq.

- 2014-cü ildə - 19 min 267 uşaq.

- 2015-ci ildə - 18 min 56 uşaq.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top