
Rusiya Suriyanın Hmeymim bazasında ilkin olaraq yerləşdirilmiş öz aviaqrupunun təqribən yarısını çıxarıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Operativ İdarəsinin rəisi general-polkovnik Sergey Rudskoy deyib. O bildirib ki, Suriyada terror qruplaşmalarının sayı azaldığına görə təyyarələrin sayını azaltmaq qərarı alınıb. S. Rudskoy əlavə edib ki, Suriyada hərbi əməliyyatların başlamasından bu günədək Rusiya Hərbi Kosmik Qüvvələri 23 mindən çox hərbi uçuş həyata keçirib və silahlıların mövqelərinə təqribən 77 min hava zərbəsi endirib.
Tətbiqimizi yükləyə bilərsiniz