İllik mətbuat azadlığı reytinqi dərc edildi

“Sərhədsiz reportyorlar” təşkilatı illik mətbuat azadlığı reytinqini dərc edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, reytinqin ilk 4 sırasını Şimali Avropa ölkələri tuturlar. Bunlar müvafiq olaraq Norveç, İsveç, Finlandiya və Danimarkadır. İlk onluqda yalnız iki qeyri-Avropa ölkəsi var – Kosta-Rika (6-cı yer) və Yamayka (8). Bununla belə, Böyük Britaniya reytinqin 40-cısı, ABŞ isə 43-cüsüdür. Keçmiş sovet ölkələri arasında mətbuat azadlığı ilə bağlı ən yaxşı vəziyyət Estoniyadadır (12). Bu sahədə ən ciddi problem Tacikistanda (178) qeydə alınıb. Ümumiyyətlə isə 180 ölkənin yer aldığı siyahıda ən sonuncu yerə Şimali Koreya layiq görülüb. Reytinq yerli jurnalistlərin azadlıq səviyyəsinə əsasən tərtib edilib.

Təşkilat qeyd edir ki, 2017-ci ilin əvvəlindən dünyada 8 jurnalist qətlə yetirilib. 8 jurnalist qətlindən 3-ü Meksikada, 2-i İraqda, 1-i Suriyada, 1-i Əfqanıstanda və daha 1-i Rusiyada qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top