Şəxsi avtomobil sahiblərinin mobil tətbiq vasitəsilə taksi xidməti göstərməsinə imkan yaradan Uber uçan avtomobillərlə xidmət göstərəcək.
Uber "Aurora Flight Sciences" adlı şirkəti, "Elektriklə işləyən və şaquli qalxış-eniş edən hava nəqliyyat vasitəsi" (VTOL) texnologiyası inkişaf etdirmək üçün tərəfdaş seçib.
Sözügedən texnologiyanın ilk testinin, keçən həftə uğurlu şəkildə həyata keçirildiyi qeyd edilən açıqlamada, Uber-in 2020-ci ildən etibarən 50 ədəd uçan maşını təhvil alacağı bildirilib.
Açıqlamada fikirlərinə yer verilən Uber-in Mühəndislik direktoru Mark Moore, VTOL texnologiyasının dünya üzrə şəhəriçi nəqliyyatı inkişaf etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Uber taksiləri Bakıda da fəaliyyət göstərir.marja.az