Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilir

Yerevanda səfərdə olan Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ansari jurnalistlərlə söhbətində iki ölkə arasında əməkdaşlığın geniş perspektivlərə malik olduğunu söyəlyib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Hindistan rəsmisi Dehli ilə Yerevan arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndiriləcəyini söyləyib. Yerevan Dövlət Universitetində tələbələr qarşısındakı çıxışında Məhəmməd Həmid Ansari Hindistan və Ermənistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə də toxunub. O qeyd edib ki, Hindistan hökuməti və müdafiə nazirliyi hərbi-texniki sahədə əldə etdiyi öz təcrübəsini Ermənistanla bölüşdürməyə hazırdır. Məhəmməd Həmid Ansari ona ünvanlanan "Azərbaycanla-Pakistan arasında olduğu hərbi əməkdaşlıq Ermənistanla Hindistan arasında da baş tuta bilərmi?" sualına belə cavab verib: "Hazırda Hindistan və Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı məsələ iki ölkə liderləri səviyyəsində müzakirə edilir".

DİGƏR XƏBƏRLƏR

Top