Leninin qardaşı necə müsəlman oldu? - FOTOLAR

Sovet İttifaqının qurucusu Vladimir İliç Leninin əkiz qardaşı Sergey İliç Ulyanov barədə məlumatlar son illərə qədər gizli saxlanılıb. Onun haqqında məlumatların yaylması Sovet İttifaqı dövründə qadağan olunub. "Yeniavaz.com" Rusiya mətbuatında yer alan məlumatlara istinadən bildirir ki, Leninin qardaşı Sergey İliçin həyatı barədə yayılan məlumatlar arasında ən diqqət çəkən məqamlardan biri Sergeyin müsəlman olması ilə bağlıdır. Yayılan fotoşəkillərin birində açıq şəkildə görünür ki, Sergey İliç 1949-cu ildə Məkkədə müsəlmanlarla birgə namaz qılır.

Qeyd edək ki, Sergey İliç Ulyanov Leninin ölümündən sonra Stalinin təqibindən xilas olmaq üçün əvəlcə Litvaya, sonra isə Rumıniya üzərindən İsveçrəyə gedib. Buradan isə Meksikaya yollanıb. O Meksikada olarkən İslam dini ilə yaxından maraqlanıb. Hətta kommunizmin xilasını İslam dinində gördüyünü bildirib. İslam dini barədə daha ətraflı məlumat toplamaq üçün Yaxın Şərqə səfər edib və 3 il orada yaşayıb. Sergey İliç ömrünün son illərini Kubada keçirib və 1965-ci ildə Kubada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top