"Belə də şovinistlik olarmı?​"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kütləvi İnformasiya Vasitələrinin bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb. Nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin adından yayılan açıqlamada Dilqəm Əsgərovla bağlı konkretlik yoxdur, ümumi fikirlər səsləndirilib. Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

"Yeniavaz.com" xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov Rusiya XİN rəsmisinin açıqlamasına münasibət bildirib: "Bu barədə xəbəri mən də oxudum və xeyli təəssüfləndim. Bəh-bəh ilə təriflənən Rusiya dövlətinin, onun son dərəcə məsuliyyətsiz Xarici İşlər Nazirliyinin misgin durumu bir azərbaycanlı olaraq məndə hiddət doğurdu. Ya bu açıqlamanı verən XİN-nin nümayəndəsi istirahər günündə yaxşı kef məclisində olandan sonra, ya da ruslara xas olan tərzdə - gününü alkoqollu içki qəbul etməklə keçirib və hələ tam ayıq olmayıb bu sorğuya cavab verərkən. Ya da bunun bu cür açıqlamasını onun erməni əsilli şefi görməyib. Milliyətcə azərbaycanlı olan Dilqəm Əsgərova münasibətə baxın, milliyətcə yevrey olan Lapşinə diqqətə və məhəbbətə baxın. Belə də şovinistlik olarmı? Prinsip etibarı ilə təəccüblənəsi çox şey də yoxdur. Amma, bu rus-erməni Lavrovun nümayəndələri 1 dəfə də olsun Rusiya Federasiyasının milliyətcə azərbaycanlı olan vətəndaşı Dilqəm Əsgərova bu 3 il ərzində baş çəkməyiblər. Amma, Lapşin kimi bir cinayət törətmiş adama az qala "həftə səkkiz, mən doqquz" baş çəkir, onunla yaxından maraqlanırlar. Yazıqlar olsun sizə. Bu hərəkətinizlə də siz bir daha sübut edirsiniz ki, siz Rusiya dövlətinin rəsmi şəxsləri insanlara milliyətinə və rənginə görə fərq qoyursunuz. Əksini siz mənə sübut edə bilsəniz, mən sizdən 100 dəfə üzr istəməyə hazıram".

DİGƏR XƏBƏRLƏR

Top