"Təhsil Nazirliyinin müəllimləri - öz işçilərini imtahan etməsi anlaşılan deyil"

"Xəbər verilir ki, Təhsil Nazirliyi 10 minlərlə müəllimi imtahan edir. Digər tərəfdən də ölkədə nəhəng Dövlət İmtahan Mərkəzi yaradılıb, xeyli səlahiyyətlər verilib. Amma görünən budur ki, kütləvi imtahanları həm də Təhsil Nazirliyi təşkil edir". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib. Onun fikrincə, bu bir qədər anlaşılmaz görünür: "Düşünürəm ki, eyni texnologiyaların, resursların, peşəkar canlı qüvvənin tətbiqi baxımından iki dövlət qurumu tam paralel işlər görür. Burada diqqət çəkən əsas məqam həm də maraq toqquşmasıdır. Belə ki, Nazirliyin öz işçilərini imtahan etməsi də bir qədər anlaşılan deyil. Xüsusən də, müstəqil ekspertlərin, vətəndaş cəmiyyətinin iştirakı olmadan bu cür kütləvi qiymətləndirmələrin təşkili, fikrimcə, doğru yanaşma deyildir. Əvvəllər də bu haqda bildirdiyimiz kimi, düşünürəm ki, Təhsil Nazirliyinin bir neçə əməkdaşının rəhbərliyi ilə keçirilən bu tip kütləvi imtahanların təşkili düzgün yanaşma deyildir. Düşünürəm ki bu tip imtahanların Dövlət İmtahan Mərkəzinin vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin yaxından iştirakı ilə təşkil etməsi daha doğru olardı".

O. Gündüz onu da bildirib ki, Dövlət İmtahan Mərkəzi yeni metodların və yeni texnologiyaların tətbiqi əsasında keçirilən imtahanlara ictimai nəzarəti gücləndirmək niyyətindədir: "Bununla bağlı DİM-in təşəbbüsü ilə vətəndaş cəmiyyəti nümayəndələri və təhsil ekspertləri ilə birgə görüş keçirilib.

İmtahan prosesinin, həmçinin yazı işlərinin qiymətləndirməsi prosesinin izlənilməsi və müşahidə edilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərəcək qurumun - Müşahidə Şurasınn yaradılacağı nəzərdə tutulub".

DİGƏR XƏBƏRLƏR

Top