Cəbhədə baş verən atışmada erməni əsgər öldürülüb

Aprelin 24-dən 25-nə keçən gecə qoşunların təmas xəttində vəziyyət gərgin olub. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, qoşunların təmas xəttində baş verən atışmada Ermənistan tərəf itki verib. Ermənistan tərəfinin iddiasına görə Azərbaycan tərəfinin atəşkəsi pozması vəziyyətin gərginləşməsinə səbəb olub. Buna cavab olaraq qarşı tərəfə cavab zərbələri endirilib. Bununla belə atəşkəsin pozulması nəticəsində 1997-ci il təvəllüdlü erməni əsgər kiçik serjant Narek Amayakoviç Arutyunyan ölümgül güllə yarası alıb. Baş verən insidentlə bağlı Ermənistan hərbi prokurorluğu araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top