Son 3 ayda ölkə iqtisadiyyatına 3,2 milyard manat sərmayə qoyulub

Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 182,3 milyon manat və ya əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 3 faiz çox vəsait yönəldilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, vəsaitin 2 milyard 214,2 milyon manatı neft sektoruna, 968,1 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 86,3 faizi məhsul istehsalı obyektlərinin, 9,1 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 385,5 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 33,8 faizini təşkil edir.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75,2 faiz, bank kreditləri 10,6 faiz, büdcə vəsaitləri 8,5 faiz, əhalinin şəxsi vəsaitləri 4,7 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib.

2017-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, Saatlı rayonunda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top